“Getməyimin səbəbi o idi ki, “Taliban”a və onun tərəfdarlarına Əfqanıstan prezidentini növbəti dəfə alçaltmaq və onu hökumətin legitimliyi ilə bağlı sənədi imzalamağa məcbur etmək həzzini yaşatmaq istəməmişəm”.
Azpost.info xəbər verir ki, bunu “Taliban” ölkədə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstanı tərk edən keçmiş prezident Əşrəf Qani CNN-ə müsahibəsində bildirib.
Ə.Qəni böyük məbləğdə pulla qaçdığına dair iddiaları təsdiqləməyib.
“Taliban” 15 avqust 2021-ci ildə – 20 illik mövcudluğundan və ABŞ öz qoşunlarını bu ölkədən çıxardıqdan sonra Əfqanıstanda nəzarəti ələ keçirdiklərini açıqlayıb. Hələlik heç bir dövlət “Taliban” hökumətinin legitimliyini tanımayıb.
Azpost.info
