Məşhur müğənninin 5 milyonluq villası qarət olunub- FOTO

Məşhur amerikalı müğənni Maray Kerinin ABŞ-ın Atlanta şəhərindəki 5,6 milyon dollarlıq evi qarət edilib.

Azpost.info xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər 9 yataq otağı və 13 vanna otağı olan malikanəyə ifaçı sevgilisi ilə birlikdə İtaliyadakı villasında istirahət edərkən giriblər.

Hüquq-mühafizə orqanları müğənninin evindən konkret nəyin oğurlandığı barədə məlumat vermir. Polisin bildirdiyinə görə, bu, istintaqın davam etməsi və şübhəli şəxslərin müəyyənləşdirilməsi ilə əlaqədardır.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.