Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Baxarıq, Ukraynanın əks-hücum əməliyyatı nə ilə bitəcək!” –

User 16 Sentyabr 2022 - 22:47 (Last updated: 21 May 2025 - 20:15)
putin amur

“Kiyev hakimiyyəti bəyan edib ki, aktiv olaraq əks-hücum əməliyyatı aparmağa başlayıblar. Baxarıq bu, necə aparılır və nə ilə qurtaracaq”.

Bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında Ukraynanın təhlükısizlik zəmanətləri ilə bağlı layihə sənədinə münasibət bildirərkən deyib.

“Düzünü desəm, bu dəfə onların nə təklif etdiyi ilə tanış deyiləm. Biz Kiyev hakimiyyəti ilə danışıqlar aparanda İstanbulda, məşhur saziş layihəsindən sonra, hansı ki, bu sazişin imzalanması baş tutsun deyə biz Kiyevdən qoşunlarımızı geri çəkdik. Sazişi imzalamaq əvəzinə Kiyev hakimiyyəti dərhal bütün razılaşmalardan imtina etdi. Onları bunu zibil qutusuna atdılar və elan etdilər ki, Rusiya ilə heç bir razılığa getməyəcəklər, döyüş meydanında qalib gəlməyə nail olacaqlar”.

Rusiya prezidenti bildirib ki, ukraynalılar indi əks-hücum əməliyyatı aparırlar.

“Baxarıq, bu nə ilə bitəcək! O ki, qaldı təhlükəsizlik zəmanətlərinə, olduqca sərt zəmanətlər var. Həm bizim tərəfimizdən, NATO ölkələri tərəfindən həm də Türkiyə daxil olmaqla region ölkələri tərəfindən. Ümumilikdə, biz bununla razılaşmışdıq. Orada bir neçə məqamlar vardı ki, üzərində işlənilməliydi. Amma ümumilikdə razılaşmışdıq. Bu, olduqca ciddi tələblər idi. İndi onlar nə düşünüblər deyə onu bilmirəm. Onların bütün məsələlərlə bağlı mövqeyi az qala hər gün dəyişir. Baxmaq lazımdır”, – deyə Rusiya prezidenti vurğulayıb.

Post navigation

Previous: “Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik” –
Next: Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.