Cəbrayılda sürücü səhvən maşını minalı əraziyə sürüb –Partlayış olub

partlayış
partlayış

Daxili İşlər Nazirliyi (DİN) bu gün Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.