“Rusiyadan nüvə zərbəsi endirilməsi ehtimalı aşağıdır”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov “Sky News” telekanalına müsahibəsində bildirib.
Eyni zamanda o, hadisələrin bu cür inkişafının mümkünlüyünü dramatik adlandırıb.
“Nüvə zərbəsi bizi mübarizəni dayandırmağa məcbur edəcək təhlükə deyil”, – Qavrilov əlavə edib.
O, hərbi əməliyyatların yazın sonuna qədər bitə biləcəyini də qeyd edib.
Azpost.info