“Sülhməramlılar müraciətlərimizə məhəl qoymur” –MÜDAFİƏ NAZİRLİYİ YENƏ RUSİYAYA MÜRACİƏT ETDİ

Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.

Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, “Martuni”, “Madagiz” və “Getavan” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.