Çin öz vətəndaşlarını izləmək üçün bu ölkələrdə qeyri-rəsmi polis məntəqələri qurub– SİYAHI

Xaricdəki çinliləri izləmək və casusluq etmək üçün qurulmuş qeyri-rəsmi Çin “polis məntəqələrinin” ən çox olduğu ölkə İtaliyadır.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” İspaniyanın “Safeguard Defenders” vətəndaş hüquqları təşkilatının hesabatına istinadən yazıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İtaliyada 11 belə məntəqə var, dünya üzrə isə onların sayı 100-ə yaxındır.

O da məlumdur ki, belə “polis məntəqələri” Xorvatiya, Serbiya, Rumıniya, Kanada, Almaniya və Niderlandda fəaliyyət göstərir.

“İtaliyada 330 min Çin vətəndaşı yaşayır. Çinin ictimai təhlükəsizlik oraqanları xaricdəki vətəndaşlarını izləmək və müxalifləri vətənə qayıtmağa məcbur etmək üçün İtaliyadan sınaq meydançası kimi istifadə edir.”, – hesabtada qeyd olunur.

“Safeguard Defenders” bildirir ki, qeyri-rəsmi “polis məntəqələri” Çin tərəfindən təqib etmək, hədələmək, qorxutmaq və insanları əlavə cəzalar üçün Çinə qayıtmağa məcbur etmək üçün istifadə olunur.

Çin özü isə iddia edir ki, bu məntəqələr Çin vətəndaşlarına pasport və ya sürücülük vəsiqəsinin yenilənməsi kimi bürokratik prosedurlarda kömək edir.

Azpost.info

 

Əvvəlki məqalə

“Aftandil İsrafilovun vəziyyəti ağırdır, böyrəkləri işləmir…” –

Sonrakı məqalə

Şərabımızın dadı və bazarda yeri necədir?