Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Türkiyədən online alış-veriş azalıb? –

Orkhan Ali 13 May 2025 - 08:12 (Last updated: 21 May 2025 - 20:42)
Online

Online

Türkiyədən Azərbaycana geyim məhsullarının ixracı azalır. Statistikalar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk rübündə Azərbaycana göndərilən geyim məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Bəs bu azalmanın səbəbi nədir? AzPost İTV-yə istinadən xəbər verir ki, bir çox alıcı artıq onlayn alış-verişin sərfəli olmadığını düşünür. Əvvəllər mütəmadi olaraq onlayn sifariş verən və qiymətləri münasib hesab edən alıcılar indi bu vərdişlərindən uzaqlaşıblar.

“İndi mən artıq almıram. Əvvəllər az da olsa sifariş edirdim və qiymətlər mənim üçün daha sərfəli idi. İndi əvvəlki qiymətlər olmadığı və bir qədər də bahalaşdığı üçün o qədər də üstünlük vermirəm. Türkiyədən birbaşa brendin saytından sifariş verirdim. İndi isə görürəm ki, artıq orada da qiymətlər yavaş-yavaş qalxır. Bəlkə də buradakı qiymətlərlə o qədər də fərqlənmir. Yenə də qiymətə baxıram, hansı münasibdirsə, ondan istifadə edirəm”, – deyə alıcılardan biri bildirib.

Sorğular da göstərir ki, alıcıların əksəriyyəti onlayn alış-verişi artıq sərfəli hesab etmir. Son dövrlərdə Türkiyədə baş verən iqtisadi dəyişikliklər, inflyasiya və valyuta bazarındakı dalğalanmalar geyim qiymətlərinin artmasına səbəb olub. Bununla yanaşı, çatdırılma xərclərinin və gömrük rüsumlarının yüksəlməsi də əsas amillər sırasındadır.

Hazırda Türkiyədən onlayn sifariş vermək əvvəlki dövrlərlə müqayisədə daha baha başa gəlir.

AzPost.az

Post navigation

Previous: İsrail razılaşmanı pozub Livanın cənubuna girdi
Next: Məhkəmə “Kösü”nü həbs etdi –

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

User 20 Noyabr 2026 - 09:25
qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51

xƏBƏR

tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən...
Read more about ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb? arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39
Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.