Yemək saatlarını məhdudlaşdırmaq piylənmə, diabet, ürək-damar xəstəlikləri və metabolik pozğunluqların səbəb ola biləcəyi digər xəstəliklər riskini azalda bilər.
Azpost.info xəbər verir ki, bunu son onillikdə aparılan araşdırmalar sübut edib.
Neyrobioloq, “F-Bomb Longevity Made Easy” kitabının müəllifi Culiya Cons səhər yeməyinin ənənəvi vaxtından gec yeyilməsinin insan orqanizminə faydalarını üzə çıxarıb. Onun fikrincə, səhər yeməyindən səhər saat 11-ə qədər imtina etmək insan ömrünü 20 il uzada bilər.
Consun sözlərinə görə, bu yolla insan həzm sisteminə istirahət verir, həmçinin digər hüceyrə yollarını və mühüm prosesləri işə salmağa başlayır: “Sadəcə olaraq 16 saat ac qalmaq və sonra 8 saatlıq müddət ərzində yemək lazımdır”.
Bir çox başqa tədqiqatlar da ortaya qoyub ki, yeməyə sərf olunan vaxtın mədənin boş qaldığı vaxta qızıl nisbəti 8/16 saatdır.
Azpost.info