Londonda Zelenski ilə Sunakın görüşü başlayıb- FOTO

Londonda olan Ukrayna prezidenti Vladimir Zelenski Britaniya Baş naziri Rişi Sunakla danışıqlar aparmaq üçün “Dauninq-strit”ə gəlib.

Azpost.info xəbər verir ki, Zelenski və Sunak jurnalistlərlə danışmadan girişdə şəkil çəkdiriblər.

Görüşdə Zelenski ilə birlikdə xarici işlər naziri Dmitri Kuleba və Prezident Aparatının rəhbəri Andriy Yermak, Ukrayna və Böyük Britaniya səfirləri də iştirak edirlər.

Sunak Zelenskini “Stansted” hava limanında qarşılamışdı. Britaniya mediası yazır ki, bu, Britaniya Baş naziri üçün qeyri-adi addımdır, adətən liderləri hökumət ofisinin nümayəndələri qarşılayır.

Sunak Ukrayna qoşunları üçün genişləndirilmiş təlim proqramını, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükünü elan etməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.