Rusiyada pilotsuz sistemlər üzrə milli layihə işə salınacaq- Putin AÇIQLADI

“Rusiya hökuməti tezliklə pilotsuz uçuş sistemlərinin inkişafı üzrə milli layihə formalaşdırmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının iclasında bildirib.

Putin çıxışı zamanı pilotsuz uçuş sistemlərinin inkişafına toxunub: “Yaxın vaxtlarda hökumət müvafiq milli layihə formalaşdırmalıdır. Məqsəd pilotsuz təyyarələrin geniş yayılması üçün imkanlar yaratmaqdır”.

Rusiya prezidentinin sözlərinə görə, bu istiqamətdəki bütün işlərin nəticələri yazda bu sahədə fəaliyyət göstərən nazirliklərin, idarələrin və şirkətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək xüsusi müşavirə çərçivəsində müzakirə olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.