KTMT üzvləri sabah Minskdə toplaşacaq

Sabah Minskdə KTMT ölkələrinin beynəlxalq hərbi əməkdaşlıq orqanları rəhbərlərinin görüşü keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko bildirib.

“Martın 1-də Minskdə KTMT-yə üzv ölkələrin beynəlxalq hərbi əməkdaşlıq orqanları rəhbərlərinin görüşü keçiriləcək”, – Revenko “Tviter”də yazıb.

Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da daxil olduğu KTMT-yə bu il Belarus sədrlik edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.