Güclü külək Astara və Lerikdə bir sıra fəsadlar törədib

Axşam saatlarından başlayan güclü külək Astara və Lerik rayonlarında bir sıra fəsadlar törədib.

Güclü külək bölgədə əsasən, elektrik təsərrüfatına ciddi ziyan vurub.

Lerik RİH-in Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-ya verdiyi açıqlamada bildirib ki, hazırda 162 yaşayış məntəqəsindən 100-dən yuxarı kənddə elektrik enerjisinin verilişi tam dayanıb.

“Bu saata kimi, sakinlərdən evlərin dam örtüyünün dağılması, bir-iki maşının üzərinə iri gövdəli ağacların düşməsi ilə bağlı müraciətlər daxil olub”, – o qeyd edib.

Analoji hal Astara rayonunda da baş verib. İcra başçısının müavini Xanverdi Şirinovun verdiyi məlumata görə, hazırda güclü küləyə görə rayon tam işıqsız qalıb. Evlərin dam örtükləri dağılıb. İri gövdəli ağaclar aşıb.

Bir ağac nəqliyyat vasitəsinin üzərinə aşıb.

Axşam saatlarında isə Təxtənəkəran və Ovalan kəndlərində meşə yanğını baş verib. Sakinlərin köməkliyi yanğının qarşısı alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.