Astarada meşədə baş vermiş yanğınlar söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri təxirəsalınmaz tədbirlər sayəsində Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə baş vermiş yanğınlar bu gün səhər saatlarında tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər iştirak ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.