BMT Baş katibi Polşaya gəlib- Sabah Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcək

BMT Baş katibi Antonio Quterres Polşada səfərdədir və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün oradan Ukraynaya gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə Baş katibin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Zelenski ilə görüş martın 8-i səhər saatlarına təyin edilib. Tərəflər “taxıl sazişi”nin uzadılmasını müzakirə edəcəklər.

Görüşdən bir gün sonra Baş katib Nyu-Yorka qayıdacaq.

Quterreş və Zelenski sonuncu dəfə ötən ilin aprelində görüşüblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.