Sumqayıt-Bakı qatarı 9 dəqiqə gecikib

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.

Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb. Başqa sözlə, qatar mənzil başına 9 dəqiqə gecikib.

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.