“Qəddarcasına yalan danışırlar”- ABŞ İran XİN rəhbərini ittiham etdi

ABŞ İranın məhbus mübadiləsi ilə bağlı ilə bağlı açıqlamasını təkzib edib.

Azpost.info xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın fikirlərinin həqiqətə uyğun olmadığını deyib.

Abdullahian bildirimişdi ki, Tehran və Vaşinqton yaxın vaxtlarda məhbus mübadiləsinin gerçəkləşdirilməsi ilə bağlı razılığa gəlib.

İranda üç ABŞ vətəndaşı – Emad Şargi, Morad Tahbaz və Siamak Namazi həbsdədir. ABŞ-da isə 15-ə yaxın İran vətəndaşı sanksiyalardan yayınmağa cəhddə ittiham olunaraq həbs edilib.

Prays İran XİN rəhbərinin bəyanatını “həbsdə olan amerikalıların ailələrinin iztirablarını daha da artıran daha bir qəddar yalan” adlandırıb.

“İranda qanunsuz olaraq saxlanılan üç ABŞ vətəndaşını azad etmək istiqamətində yorulmadan çalışırıq. Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq”, – Prays qeyd edib.

ABŞ Milli Təhlükəsizlik Şurası da İranın iddialarını yalanlayıb. “Təəssüf ki, İran rəsmiləri yalan danışmaqdan çəkinmir və onların son qəddar bəyanatı Siamak Namazi, Emad Şargi və Morad Tahbazın ailələri üçün daha çox ürək ağrısı yaradacaq”, – Şuranın bəyanatında bildirilir.

İki ölkə arasında məhbus mübadiləsi 2021-ci ildən müzakirə olunur.

Azpost.info

 

Əvvəlki məqalə

“Azərsu” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib

Sonrakı məqalə

Vətəndaşlar öz yaşayışından razıdırmı? –