Yoxa çıxmış Azərbaycan vətəndaşının yaxınları İran səfirliyinin qarşısında piket keçirib

İranda itkin düşən Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlinin yaxınları Bakıda İran səfirliyinin qarşısında piket keçirib.

Piket iştirakçıları “Fəridi qaytarın!”, “Biz məlumat istəyirik!”, “Fəridi azad edin!”, “Fəriddən xəbər verin!” kimi şüarlar səsləndiriblər.

 

Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər. (APA)

Qeyd edək ki, Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli İranda itkin düşüb.

Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələdə xəbər yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.