DİM sədri qalmaqallı paralelepipedlə bağlı suala cavab verdi

Buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı salınmış sualı həll edib və “belə bir paralelepiped yoxdur” yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, həmçinin, sualın hansı formada həll edildiyinə də baxılacaq:

“Buna uyğuun 1 bal, 2 bal, yoxsa yarım bal veriləcəyi müəyyənləşdiriləcək. Açıq sualların necə yoxlandığına dair meyarlar öncədən verilib”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.