Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro yardım ayırır

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro məbləğində makromaliyyə yardımı ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis bildirib.

Onun sözlərinə görə, vəsait gələn həftə köçürüləcək.

“Biz 1,5 milyard avro həcmində genişləndirilmiş makromaliyyə yardım proqramımızın ikinci tranşını gələn həftə Ukraynaya köçürməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, vəsait Ukraynaya bütün zəruri ehtiyacları ödəməyə kömək edəcək”, – Komissiya yetklisi deyib.

O, Avropa İttifaqının lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyini də qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.