Çexiya hökumətinin müşaviri Tomas Poyar növbəti bir neçə onillikdə “soyuq müharibəyə” və Rusiya ilə münaqişəyə hazırlaşmağa çağırıb.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, indiki şəraitdə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini və tərəflər arasında razılaşmanı gözləmək mənasızdır.
“Sülhə arxalanmaq axmaqlıq olardı. Mən tərəflərin sülh razılaşmasına nail olacaqlarını təsəvvür edə bilmirəm”, – müşavir bildirib.
Poyarın fikrincə, anti-Rusiya sanksiyaları Qərblə Moskva arasında münaqişəyə hazırlıqdır: “Avropaya iqtisadi müharibədə qalib gələ bilməyən zəif Rusiya lazımdır. Qərbdən gələn məhdudiyyətlər 1990-cı illərdə SSRİ ilə olduğu kimi Moskvaya da mənfi təsir göstərəcək”, – Poyar deyib.
O, həmçinin Rusiyanın sərhədlərini Avropa ölkələrindən mümkün qədər uzaq tutmağın vacibliyini qeyd edib.
Azpost.info