Fransa ordusunun generalı ilk dəfə Ukraynaya gəlib- FOTO

Fransa Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Tyeri Byurkar ilk dəfə olaraq Ukraynaya səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı məlumat verib.

Onun sözlərinə görə, bu səfər fransalı həmkarlarının Ukrayna ordusuna dəstəyinin siqnalıdır.

“General Byurkarla danışıqlar apardıq. Mən ona cəbhədəki vəziyyətlə bağlı məlumat verdim. Ukraynanın artilleriya mərmilərinə və digər sursatlara olan ehtiyaclarını ətraflı izah etdim”, – Zalujnı deyib.

Zalujnı qeyd edib ki, o, fransalı generalla əməkdaşlığı və dialoqu davam etdirmək barədə razılığa gəlib: “Mən general Byurkar və Fransa xalqına minnətdaram. Həmrəyliyi və dəstəyi yüksək qiymətləndirirəm”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.