Çin müdafiə naziri Rusiyaya rəsmi səfərə gəlir

Çin müdafiə naziri Li Şanfu rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bildirib.

Səfər çərçivəsində Li Şanfunun Rusiya hərbi rəhbərləri ilə danışıqlar aparacağı, hərbi akademiyalara baş çəkəcəyi gözlənilir.

Çin Müdafiə Nazirliyinin məlumatında vurğulanır ki, nazirin Rusiyaya səfərindən əvvəl strateji kommunikasiya, birgə təlim və praktiki əməkdaşlıqda yeni irəliləyiş əldə edilib.

Pentaqonun məxfi sənədlərinin sızmasından məlum olub ki, Çin Ukrayna ilə müharibə üçün Rusiyaya silah tədarük etməyə razılaşıb. “The Washington Post” isə yazıb ki, Pekin silahları mülki təchizat kimi gizlətmək niyyətində idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.