“Avropada sülh Kiyevə silahların çatdırılma sürətindən asılıdır”- Ukrayna XİN

“Avropada sülh Kiyevə silahların çatdırılma sürətindən asılıdır”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Avropanın uzunmüddətli təhlükəsizliyinə ən yaxşı sərmayə Ukraynanı müasir döyüş təyyarələri ilə təmin etmək olardı və bu barədə qərar mümkün qədər tez qəbul edilməlidir.

“Ukraynanın müasir Qərb tipli döyüş təyyarələri ala bilməməsi ilə bağlı heç bir rasional arqument yoxdur və mən əminəm ki, bu qərar veriləcək. Ukrayna Avropanın müdafiəçisidir. Belə bir qərarla Avropa ölkələri strateji liderlik nümayiş etdirə bilər”, – Kuleba Aİ ölkələrinin xarici işlər nazirləri qarşısında çıxış edərkən deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.