“Kirbinin Rusiyanın itkiləri ilə bağlı dedikləri ciddi qəbul edilməməlidir”- Duma yetkilisi

“Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Baxmut yaxınlığında Rusiya qüvvələrinin minlərlə itki verməsi ilə bağlı açıqlamaları ciddi qəbul edilməməlidir. Çünki o, Ukrayna ordusunda itkilərin təxmini sayını belə, vermək istəmədi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.

O, Ukraynanın hazırda fəlakətli vəziyyətdə olduğunu və Kirbinin öz çıxışı ilə bunu təsdiqlədiyini bildirib.

“Kirbi Ukraynanın itkiləri ilə bağlı rəqəm verməkdən imtina edərək “bu, Ukrayna üçün vəziyyəti çətinləşdirəcək” dedi. Bu o deməkdir ki, Rusiya ordusu haqqında istədiyiniz qədər danışa bilərsiniz, Ukraynada isə vəziyyətin fəlakətli olduğu göz qabağındadır”, – Juravlev qeyd edib.

Juravlevin fikrincə, Qərb ölkələri bütün gücləri ilə Ukraynaya ən azı informasiya müstəvisində dəstək verməyə çalışırlar və indiki nümunə buna əyani sübutdur.

Qeyd edək ki, Kirbi Rusiyanın dekabrdan bu yana 20 minə yaxın əsgərinin həlak olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi məlumatı şərh etməyib.

Azpost.info

 

Əvvəlki məqalə

Təhsil Nazirliyindən 7 yaşlı uşağın məktəb zalında ölməsinə REAKSİYA

Sonrakı məqalə

Sabah hava necə olacaq?