Japarov Putini Qırğızıstana rəsmi səfərə dəvət etdi

Qırğızıstan prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putini ölkəsinə rəsmi səfərə dəvət edib. Putin Japarovun dəvətini qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Rusiya və Qırğızıstan prezidentləri bu gün Kremldə rəsmi görüş keçiriblər.

Kremlin məlumatına görə, danışıqlar zamanı Putin və Japarov ikitərəfli əməkdaşlığın əsas məsələlərini, hər iki ölkəni maraqlandıran aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Japarov səmimi qəbula və qonaqpərvərliyə görə Putinə və Rusiya xalqına təşəkkür edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.