Kremlə dron hücumu Qələbə Paradı ilə bağlı qadağaları artırdı

Bu il mayın 9-da Moskvada Qırmızı Meydanda keçiriləcək hərbi paradın məşqləri dövlət xəbər proqramlarında göstərilməyib.

Azpost.info xəbər verir ki, adətən bir gün əvvəl dövlət televiziyasında məşqlərdən süjetlər yayımlanırdı.

Bu dəyişiklikliyə səbəb mayın 3-nə keçən gecə iki pilotsuz uçuş aparatının Kremlə hücumudur. Bunun ardınca paradın təşkilatçıları Qırmızı Meydanla bağlı bir sıra məhdudiyyətlərə qərar veriblər.

Bu il Kreml Qələbə Paradına gətirilməsi qadağan olunan əşyaların siyahısını genişləndirib. Pilotsuz uçuş aparatları, bütün ölçülərdə hava şarları, həmçinin vaplar, elektron siqaretlər, velosipedlər, elektrikli skuterlər, hoverbordlar və onlar üçün avadanlıqlar da parada buraxılmayacaq.

Bundan başqa, Rusiyanın bir sıra bölgələri mayın 9-da bayram tədbirlərinin ləğv edildiyini elan ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.