“Putinin səhvi o idi ki, işğala başladı” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirib.

Bu barədə o, çərşənbə günü CNN telekanalının Town Hall proqramında Ukraynadakı münaqişə ilə bağlı mövqeyini ifadə edərkən deyib.

Tramp bildirib ki, prezident olarsa, münaqişəni 24 saat ərzində həll edəcək. Bunu necə edəcəyini soruşduqda o, belə cavab verib: “Putinlə görüşəcəyəm, Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var və 24 saat ərzində həll olunacaq, bitəcək”.

Donald Tramp əlavə edib ki, o, Putinin çox ağıllı olduğunu düşünür: “O, çox ağıllıdır, amma mənim fikrimcə, ciddi səhv etdi. Onun səhvi o idi ki, işğala başladı. Mən Prezident olsaydım, bunu etməzdim”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.