Bakıda toyda dava düşüb, bıçaqlanan var

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, toy məclisi zamanı dava düşüb.

Hadisədə məclis iştirakçısı, 1991-ci il təvəllüdlü Əsgərov Rəvan Həmidulla oğlu bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.