Moskva Kılıcdaroğluna cavab verdi –Seçkiyə müdaxilə iddiasını rədd etdi

Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.

Kremlin sözçüsü Moskva-Ankara münasibətlərindən də danışıb. Bildirib ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.