Ərdoğandan Kılıçdaroğlunun “Rusiya” iddiasına cavab –"Sən bunları haradan tanıyırsan axı?"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sultanqazidə seçiciləri ilə görüşüb.

Seçki mitinqində mühüm açıqlamalar verən Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına cavab verib.

“Kılıçdaroğlunun dediyinə görə, Türkiyədə seçkiləri Rusiya idarə edir. Ayıbdır! İndi mən də durub desəm ki, seçkiləri ABŞ idarə edir, Almaniya idarə edir, Fransa idarə edir, İngiltərə idarə edir. Nə deyəcəksən? Sən bunları mənim qədər tanımırsan. 20 ildir, mən bu adamlarla görüşürəm, bir masada otururam, danışıqlar aparıram. Mən bu adamlarının ruhuna belə bələdəm! Sən bunları haradan tanıyırsan axı?”, – Ərdoğan qeyd edib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.