“Sabah seçicilər Baydenə də cavab vermiş olacaqlar”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində birinci turda qələbə qazanacağına əmin olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Ərdoğan ölkə sakinlərini məsələni ilk turda yekunlaşdırmağa çağırıb.

“Biz nə lazımdırsa, onu edəcəyik və birinci turda yekunlaşdıracağıq. Gəlin sabah seçki məntəqələrində bunu edək”, – o deyib.

Ərdoğanın sözlərinə görə, səsvermənin nəticələri bir neçə il əvvəl Kamal Kılıçdaroğluna dəstək ifadə edən ABŞ prezidenti Co Baydenə də cavab olacaq: “Bay Kamal deyir ki, seçkiləri qazanarsa, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Bu nə anlayışdır? Rusiyadan demək olar ki, beş milyon yarım turist gəlir. Bunu göstərişlə edəcəksinizmi? Göstərişi Baydendən almısınız? Sabah seçicilər Baydenə də cavab verəcəklər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.