Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib –Rusiya XİN

Rusiya Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə mayın 11-12-də Ermənistan-Azərbaycan şərti sərhədində, Zod yaşayış məntəqəsində baş verən insident barədə danışarkən bildirib.

“Hal-hazırda vəziyyət sabitləşib. Biz Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq. Hesab edirik ki, bütün mübahisəli məsələlərin həlli siyasi-diplomatik metodlarla baş tutmalıdır. Biz buna hər cür yardım etməyə hazırıq, o cümlədən mayın 19-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşlərdə, hansı ki, mən artıq bunun anonsunu vermişəm”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.