Sentyabrın 1-dən 6-dək Belarusda KTMT çərçivəsində beş təlim keçiriləcək.
Azpost.info xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
“Belarus ərazisində KTMT qüvvələrinin təkmilləşdirilməsi üçün bir sıra birgə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bütün bu təlimlər hazırlanır və Belarus tərəfi onların keyfiyyətli və mütəşəkkil şəkildə keçməsini təmin etmək üçün bütün tədbirləri görəcək”, – o qeyd edib.
Qeyd edək ki, KTMT-yə Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Azpost.info