“Rusiya aprel ayında Mərkəzi Bankın göstərişi ilə Finlandiya diplomatik nümayəndəliklərinin hesablarını dondurmaqla Vyana Konvensiyasını pozub”.
Azpost.info xəbər verir ki, bunu Finlandiyanın Rusiyadakı səfirliyi bildirib.
Finlandiya rəsmilərinin bildirdiyinə görə, diplomatlar bu məsələ ilə bağlı əlavə izahat belə, almayıblar.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Finlandiya hakimiyyət orqanları və ölkənin Xarici İşlər Nazirliyi Rusiya nümayəndəliklərinə bank xidmətlərinin göstərilməsinə məhdudiyyət qoymayıb və onların hesablarını dondurmayıb.
Finlandiya diplomatik nümayəndəliklərinin hesablarının dondurulması mayın 17-də məlum olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiyanın Rusiyadakı səfirliyinin hesablarına qoyulan məhdudiyyətlər Helsinkinin qeyri-dost hərəkətlərinə cavabdır.
Azpost.info
