Qlobal Media Forumunun iştirakçıları Şuşaya çatıblar

Azərbaycan milli mətbuatının 148 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çatıblar.

49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılacaq.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.

Sessiyalarda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər”, “Mediada investisiya, istehlak tendensiyaları” və digər mövzularda müzakirələr aparılacaq. Qlobal Forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin (“side event”) – sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

Forum iyulun 23-dək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.