Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən xüsusi vasitələrin köməyi ilə partlayış baş verən mənzilin giriş qapısı operativ qaydada açılaraq xəsarətlər almış 1993-cü il təvəllüdlü Musayev İlyas Azay oğlu xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən mətbəxin qapı və pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.
Əməliyyat şəraitinə uyğun olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.