İRNA-nın Bakı ofisinin fəaliyyəti bərpa edilir –Baş direktor ölkəmizə gəlib 

İranın İRNA Xəbər Agentliyinin Bakıda ofisinin fəaliyyəti bərpa ediləcək. 

Azpost.info bildirir ki, bu barədə İRNA-nın baş direktoru Əli Nadiri bildirib.

Onun sözlərinə görə, agentlik Azərbaycan dilində sayt yaratmağı və Bakıda ofis açmağı planlaşdırır.

Ə.Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində AzərTac xəbər agentliyinin ofisində olub, agentliyin rəhbərliyi ilə görüşüb.

“Ən mühüm qonşularımızdan biri isə Azərbaycan Respublikasıdır və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İranda hazırkı hökumət formalaşandan bəri ciddi şəkildə davam etdirilir”-deyə Nadiri bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə İRNA-nın Bakıdakı ofisinin fəaliyyətinin bərpa ediləcək və büroya müxbir ezam olunacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.