Türk dövlətlərinin vahid mədəni platforması

 Türkdilli dövlətlərin əməkdaşlığının əsasını ortaq tarixi-mədəni irs, ortaq dil təşkil edir. Prezident İlham Əliyev bəyan edir ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir.

Türk dövlətlərinin səciyyəvi xüsusiyyətləri ortaq dəyərlərdir. Bu dövlətləri əsrlər boyu mövcud olan bir sıra amillər bağlayır.

Ötən ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm platformadır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. 2022-ci ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar.

TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyur.

Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.

Dini rəhbərlərin Şurasının münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanları var. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.

TDT Dini Liderlər Şurasının ötən ilin oktyabırnda keçirilmiş Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün yaxşı imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində imzalandı, birgə bəyanat qəbul edildi. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qıldılar.

Bu toplantının daha bir mesajı TDT dövlətlərinin digər qurumlarının bir-biri ilə əməkdaşlıq perspektivlərinə bir çağırış oldu. Dövlətlər mədəni və digər sahələrdə uğurlu əməkdaşlıq platformasının qurulması üçün səylərini səfərbər edə bilərlər.

Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Dini rəhbərlərin Şurası münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir.

Türk dövlətlərinin liderlərinin Dini Liderləri Şurasının yaradılması ideyasını dəstəkləməsi onun tam reallaşmasına imkan verdi. Bu addım türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına töhfəsinin təbliğ edilməsi böyük əhəmiyyətə malikdir.

TDT Dini Liderlər Şurası türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün əla imkanklar yaradacaq.

Mədəni inteqrasiya mesajlarını öz siyasətinin vacib prioriteti elan edən Prezident İlham Əliyevin bu ideyanın  təşəbbüskarı kimi çıxış etməsi Azərbaycanın bu müstəvidə liderliyini nümayiş etdirir. Təməli İstanbulda qoyulan bu mötəbər qurum türk dövlətlərində ictimai rəyi formalaşdırmaq üçün geniş əməkdaşlıq perspektivləri yaradıb.

Türk Dövlətləri Təşkilatının dini liderlərinin birgə əməkdaşlığından türk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru addımlayacaq.

 

R.Vahidqızı

Yazı MEDİA-nın dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövsuzunda hazırlanıb

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.