ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyə başlayıb- Dövlət Departamenti

ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ukraynalı həmkarları ilə görüşüblər.

Azpsot.info xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

İki ölkə arasındakı razılaşmalar Kiyevə Ukraynanı indi müdafiə etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün zəruri olan qüvvələri formalaşdırmağa imkan verməlidir.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, ABŞ Ukrayna ilə uzunmüddətli təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayan ilk Qərb ölkəsi olub. Bu cür təminatların ikitərəfli əsasda işlənib hazırlanması və qəbulu barədə qərar NATO-nun iyulun ortalarında keçirilən sammitində qəbul edilib.

“Bizim ən böyük strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatlarının Ukraynanın bu prosesə başladığı ilk ölkə olması simvolikdir. Bu yolla biz digər tərəfdaşlar üçün uğurlu model yaradırıq. Təhlükəsizlik tədbirləri Ukraynanın Aİ və NATO da daxil olmaqla Avro-Atlantik birliyə üzvlüyünə doğru hərəkətini sürətləndirəcək”, – Yermak deyib.

Azpsot.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.