Rusiyada Afrikadan gələn mühacirlər üçün 30 kənd salınacaq

Rusiyada Afrikadan gələn mühacirlər üçün 30 kənd salınacaq.

Azpost.info xəbər verir ki, bunu Afrika Beynəlxalq Konqresinin Rusiyadakı baş nümayəndəsi Konstantin Klimenko Tver vilayətində belə kəndlərdən birinin təməlqoyma mərasimində deyib.

Kəndlər kartof yetişdirmək və mal-qara saxlamaq üçün lazımi mühəndislik infrastrukturu ilə təchiz ediləcək.

Pilot layihə ilk olaraq Moskva və Tver bölgələrində başlayır. Sonradan o, Afrika Beynəlxalq Konqresinin və onun tərəfdaşlarının iştirakı ilə Rusiyanın digər regionlarını da əhatə edəcək.

Layihənin əsas məqsədi 5 il ərzində 3000-ə yaxın afrikalı ailə başçısını və onların ailələrini Rusiyaya köçürməkdir. Mühacirlərin uğurlu adaptasiyası üçün sentyabrın 1-dən Avrasiya Beynəlxalq Universiteti tərəfindən rus dilinin öyrənilməsi üzrə tədris proqramı fəaliyyətə başlayacaq. Təxminən 200 nəfər rus dilini öyrətmək üçün onlayn kurslar keçəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.