Latviya Belarusla həmsərhəd olan Ludza, Kraslava, Auqşdauqava və Dauqavpils vilayətlərinin inzibati ərazilərində gücləndirilmiş sərhəd təhlükəsizliyi rejiminin tətbiq olunduğunu elan edib.
Azpost.info xəbər verir ki, bu barədə Latviya hökumətinin saytında məlumat verilib.
“Sərəncam Latviya-Belarus sərhədinin çoxlu sayda qeyri-qanuni keçidi və onların artması tendensiyası nəzərə alınmaqla dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi və dövlət təhlükəsinin qarşısının alınması məqsədilə verilib”, – məlumatda bildirilir.
Azpost.info