“Demokratlar Partiyasının nümayəndələri ABŞ-da keçiriləcək prezident seçkilərində saxtakarlıq etməyə çalışacaqlar”.
Azpost.info bildirir ki, bu sözləri NewsMax-a müsahibəsində ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib.
Siyasətçi xatırladıb ki, Ağ Ev ona qarşı ittihamlar irəli sürməklə artıq seçkilərə müdaxilə edir.
“Yenə də fırıldaq işlədəcəklər? Biz buna imkan verməyəcəyik. Çünki bu seçki ölkəmizin tarixində ən mühüm seçki olacaq”, – deyə Tramp əmin edib.
Sabiq prezident gələn həftə verəcəyi bəyanatın da anonsunu verib.
Tramp daha əvvəl bəyan etmişdi ki, 2024-cü ildə seçkilərdə qalib gələrsə, o, hazırkı Amerika lideri Co Bayden və onun ailə üzvlərinin bütün mümkün pozuntuları ilə bağlı dərhal araşdırmalara başlayacaq.