Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Əlimərdan bəy Topçubaşovun 1921-ci ildə Fransada çəkilmiş nadir GÖRÜNTÜLƏRİ –

User 14 Avqust 2023 - 17:02 (Last updated: 21 May 2025 - 20:15)
topcubasov kadr

Azərbaycan Xalq Cümhuriyytinin parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun nadir görüntüləri üzə çıxıb. 

Azpost.info bildirir ki, araşdırmaçı Kənan Əlizadə tərəfindən təqdim edilən bu kinoxronika 1921-ci ildə Fransada, Bulon-sur Mer şəhərində çəkilib.

Kadrlarda hansısa toplantıya gedən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov , Abbas bəy Atmalıbəyov həyat yoldaşı Reyhan xanım əks olunub.

 

Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinin sədri olub.

1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirib. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olub. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimidir.

1920-ci ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunub.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Parisdə mühacir həyatı yaşayıb. Əlimərdan Topçubaşov işğalla bağlı 1 həftə sonra məlumat ala bilib. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy 1934-cü ildə Parisdə vəfat edib.

 

Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biridir. O, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi sayılır.

 

1934-cü il Əlimərdan bəy Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbərlərindən olub.. Əməkdaşlıq etdiyi “Revyu de Prometey“, “O” jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunub. Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşayıb, orada Qırmızı Xaç Komitəsində çalışıb, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görüb. Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə. Fətəlibəyli-Düdənginski və F. Əmircanla birlikdə) daxil olub. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olub, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak edib.

Daha sonra ABŞ-a köçüb. 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

 

Azpost.info

 

 

 

https://www.youtube.com/watch?v=2gVO7ttNiJc

Post navigation

Previous: Azərbaycanda son 1 həftədə 8 nəfər COVID-19-a yoluxub
Next: Rusiyada istifədəçilər kütləvi şəkildə VPN proqramları yükləyirlər

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.