Bələdiyyə teatrının aktyoru Elxan Rza sosial şəbəkədə maraqlı bir arxiv görüntülərini paylaşıb.
Azpost.info bildirir ki, bu kadrlar AZTV-nin 30 il əvvəl -1993-cü ilin mart ayında Milli Teatrın yaranmasının 120 illik yubileyinə həsr olunmuş bayram verilişindəndir. Kadrlar telejurnalist Yaqub Əlioğlunun şəxsi arxivindən götürülüb.
Kadrlarda görkəmli sənətkarlarımız Nəsibə Zeynalova, Məlik Dadaşov, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Zəroş Həmzəyeva, Mikayıl Mirzə və digərləri teatr barədə çıxış edirlər.
Proqramı mərhum aktyorumuz Yaşar Nuri aparır.
Görüntülər maraqla qarşılanıb.