Türkiyə və BMT Rusiya ilə “taxıl müqaviləsi”nə qayıdış üçün danışıqlar aparır

Türkiyə və BMT birlikdə Rusiya nümayəndə heyəti ilə taxıl sazişi üzrə danışıqların imkanlarını araşdırır.

Azpost.info bildirir ki, bu barədə “RİA Novosti” mötəbər mənbəyə istinadən xəbər verir. Mənbə bildirib ki, danışıqlar İstanbulda baş tuta bilər.

“Hazırda bu görüşün imkanları üzərində işləyirik. Müzakirə üçün konkret təkliflər hazırlayırıq. Əlaqələr müvafiq kanallardan keçir. Proses dayanmır”, – agentliyin mənbəsi deyir.

O, görüşün nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

Rusiya iyulun 18-də şərtlərini yerinə yetirmədiyi üçün taxıl sazişindən çıxıb. Keçən həftə Kreml yaxın vaxtlarda Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcəyini açıqlamışdı. Ankara Moskvanı razılaşmanın icrasına qayıtmağa razı salmaq istəyir. Bu mövzuda təkliflər BMT tərəfindən də hazırlanır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.