Şahzadə Diananın üç paltarı yarım milyona satılacaq

Şahzadə Diananın üç məşhur paltarı oktyabrda Los-Ancelesdəki “Julien’s” hərracına çıxarılacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Nəşrin məlumatına görə, gəlirin təxminən 500 min funt sterlinq olacağı, incəsənət və dizayn tələbələri üçün xeyriyyə fonduna köçürüləcəyi gözlənilir.

Lotların satıcısı 82 yaşlı amerikalı iqtisadçı Lui Petodur. Onun həyat yoldaşı Ellen paltarları 26 il əvvəl “Christie’s” hərracında alıb.

Nəşr qeyd edir ki, Diana xeyriyyə məqsədilə pul toplamaq üçün ölümündən iki ay əvvəl 79 məşhur paltarını satıb. İki saat yarım davam edən hərrac onun seçdiyi xeyriyyə təşkilatları, Royal Marsden Xəstəxanası Xərçəng Fondu və QİÇS Fondu üçün 1,96 milyon funt sterlinq toplayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.