“Quterreş “taxıl sazişi” üçün vasitəçilik mexanizmini təklif edib”- ƏRDOĞAN

BMT Baş katibi Antonio Quterreş Rusiyanın “taxıl sazişi”ndə iştirakı üçün vasitəçilik mexanizmini təklif edib.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu mexanizm SWIFT-lə birbaşa əlaqəni nəzərdə tutmur.

Ərdoğan xatırladıb ki, hazırda Rusiya bankları sanksiyalara görə SWIFT sistemində iştirak etmir və Rusiya prezidenti Vladimir Putin “Rosselxozbank”ı bu sistemə qoşmaqda israrlıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.