Rusiya Kiyevə və Odessaya ballistik raketlərlə və İran dronları ilə hucum edib

Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.

Səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb. Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

“Düşmənin dinc şəhərə növbəti raket hücumu həyata keçirilib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiyanın  Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, – məlumatda bildirilir.

İlkin məlumatlara görə, Kiyevdə tələfat və dağıntı yoxdur.

Rusiya ordusu həmçinin sentyabrın 6-da gecə saatlarında Odessa vilayətinə İran istehsalı olan “Şahed” tipli kamikadze dronları ilə hücum edib. Hücum nəticəsində ölən var.

Bu barədə Odessa vilayətinin Hərbi Administrasiyası məlumat yayıb. “Təxminən üç saat ərzində Rusiya ordusu Odessa vilayətinin İzmail rayonuna pilotsuz təyyarələrlə hücum edib. Təəssüf ki, bir nəfər həlak olub. Ağır yaralanan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada ölüb”, – deyə məlumatda bildirilir.

Rayonun bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb. Liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə də ziyan dəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.