Ukrayna Xorvatiya limanları vasitəsilə taxıl ixrac etməyə başladı

Ukrayna kənd təsərrüfatı məhsullarını Xorvatiya limanları vasitəsilə ixrac etməyə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

“Ukrayna taxılı artıq Xorvatiya limanları vasitəsilə ixrac edilib. Biz nəqliyyat dəhlizinin imkanlarını genişləndirərək onu inkişaf etdirməyə hazırıq”, – nazir deyib.

Sviridenkonun sözlərinə görə, bu marşrut ölkələr arasında ticarətdə mühüm rol oynayacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.